Nə vaxtsa öyrəndiyiniz dildə mətn və yaxud kitab oxumağa çalışmısınız? Böyük ehtimalla ilk zamanlarda müəyyən çətinliklərlə qarşılaşmısınız. Səbəb isə çox sadədir. Bəzən hansı mətni və yaxud kitabı oxuyacağımızı səhv seçirik. Əgər ikinci dil bilik və bacarıqlarımızı daha da yaxşılaşdırmaq istəyiriksə heç şübhəsiz kitab və mətn oxumaq öyrəndiyimiz dili mükəmməlləşməsinə kömək edəcəkdir. Öyrəndiyimiz dildə mətn oxumaq bu dili daha praktik yolla öyrənməyimizə hətta qrammatik biliklərimizin daha da möhkəmlənməsinə yardım edir. Bu səbəbdən bu bölmədə İspan dilində rahatlıqla oxuya və anlaya biləcəyiniz mətnlər yerləşdirmişik.

Dil səviyyənizə uyğun mətn seçin

İlkin səviyyə
Başlanğıc səviyyədə ispan dili bilən şəxslər sadəcə bəzi təməl sözləri və mənalarını bilirlər.
İlkin orta səviyyədə isə şəxslər bəsit ispan dili şablonlarını bilirlər. Bu səviyyədə söz bazası Başlanğıc səviyyəsinə görə daha çox olub, asan təməl qəliblər üzrə qurulan cümlələri çətinlik çəkmədən anlaya bilirlər.
Ətraflı
Orta səviyyə
Bu səviyyədə olan insanlar artıq rahat şəkildə ünsiyyət qura bilirlər. Daha çox söz və daha çox qəliblərə hakim olduqlarından mətni daha rahat başa düşməkdə çətinlik çəkmirlər. Ancaq danışığa gəldikdə isə, pre-intermediate səviyyəsindən daha yaxşı danışırlar.
Ətraflı