Argentina : Gözəlliklər ölkəsi


Hər birimizin xəyallarında getmək istədiyi ölkə və yaxud ölkələr vardır. Kimisi xəyallarındakı bu ölkələrə getmək üçün müxtəlif planlar hazırlayar, kimisi isə iş səbəbiylə bu ölkələrə gedərək xəyallarını gerçəkləşdirər. Mənim də xəyallarımda olan ölkələrdən biri elə məhz Argentinadır. 

Cənubi Amerikanın ən gözəl ölkələrindən olan və möhtəşəm insanlarıyla bizləri ovsunlayan bu ölkə haqqında müxtəlif maraqlı məlumatlar bölüşmək istəyirəm.
1.    Argentinada yaşayan insanların kökənləri İspnayiyaya yaxud İtaliyaya məxsusdur. 
Hətta bəzi insanların kökənləri həm İspan həm italyandır. İtalyan köçmənlərinin yaşadığı ən məşhur məhəllələrdən biri “Boca” məhəlləsidir. 
2.    Dünyanın ən geniş bulvarı Argentinanın paytaxtı Buenos Airesdə yerləşir. Adı isə “Avenida 9 de julio” adlanır. Məhz belə adlanmağının səbəbi isə Argentinanın müstəqillik günü ilə əlaqədar olmasıdır. 
3.    Argentinanın paytaxtı Buenos Airesı Cənubi Amerikanın Parisi də adlandırırlar. Şəhərin möhtəşəm memarlıq üslubu onu belə adlandırmağa əsas verir məhz bu səbəbdən də Cənubi Amerikanın ən gözəl paytaxtı da adlandıra bilərik.  
4. Ölkə haqqında maraqlı faktlardən biri Argentina hesab edir ki, istənilən yerdən et, yəni mal əti yeyir. Dövlətin hər bir sakini üçün onun istehlakı ildə təxminən 50 kiloqramdır.
5. Argentina muzeylər ölkəsidir. Paytaxt Buenos-Ayresdə onlarla muzeylər mövcuddur  və siz bura baş çəkməklə ölkənin zəngin mədəniyyəti və tarixi ilə tanış ola bilərsiniz. 

Emin Səmədli


 

 

Oxsar bloqlar