Nəyə görə Madriddə yaşamalı?

Əgər hər hansı bir Avropa şəhərinə köçmək istəyirsinizsə heç sübhəsiz ki, Madrid ən gözəl seçim olardı. 
 
Nəyə görə Madrid? 
İlk öncə qeyd etmək lazımdır ki, Madrid böyük tarixi dəyərlərə malik bir şəhərdir. Şəhərdə yüzlərlə mədəniyyət mərkəzləri, teatrlar, sərgi zalları mövcuddur. Bunlardan ən əsası isə təbii ki, Prado və yaxud Reina Sofia muzeyidir. “El Matadero” mədəniyyət mərkəzi də Madridin hal – hazırda ən əsas mədəni mərkəzlərindən biridir.
 
Dünyada çox az paytaxt şəhər vardır ki, ölkənin mərkəzində yerləşir. Belə ki, siz istənilən nəqliyyat vasitəsilə İspaniyanın digər şəhər və əyalətlərinə çox rahatlıqla gedə bilərsiniz. Bundan əlavə, Madriddən dünyanın istənilən ölkəsinə geniş hava nəqliyyat şəbəkəsi də mövcuddur. 
Həmçinin qeyd etmək lazımdır ki, Madrid avropanın London, Paris kimi ən iri şəhərləri ilə müqayisədə daha yaxşı həyat keyfiyyətinə malikdir. Bu şəhərin özünəməxsus mətbəxi isə burada yaşamaq üçün ən əsas səbəblərdən biridir.
 
 Onu da vurğulayaq ki, Madrid avropanın ən keyfiyyətli və rahat nəqliyyat şəbəkələrinə malik şəhərlərdən biridir. Kifayət qədər böyük bir şəhər olmasına baxmayaraq maşından istifadə etmədən metro və avtobusla şəhərin bütün yerlərinə rahatlıqla gedə bilərsiniz.
 
Bu möhtəşəm şəhərdə yaşamaq üçün digər vacib səbəblərdən biri isə burada daima xoş havanın olmasıdır. Butada orta aylıq temperatur 15 dərəcədir. İlin ən soyuq ayı isə ortalama 6 dərəcə ilə yanvar ayı hesab olunur. Yay ayları isə ən yuxarı temperatur kimi 35 dərəcə ilə daha isti keçir. 
 
Bu şəhərə ilk dəfə gələnləri təəccübləndirən digər məqamlardan biri də burada geniş yaşıllıq ərazinin olmasıdır. Heç sübhəsiz ki, bunlardan ən məşhuru Retiro parkıdır. Lakin, təbii ki, bunun kimi digər iri parklar da mövcuddur. Buna misal olaraq Kapriço parkı (el Parque de Capricho) və yaxud Qərb Parkını (El parque de Oeste) göstərə bilərik. 
 
Madriddə hər kəs yaşaya bilər: ailələr, cütlüklər, tələbələr.. Belə ki, hər zövqə və hər büdcəyə uyğun məhəllə və qəsəbələr mövcuddur. Champerí və Moncloa ailələr üçün ən yaxşı seçimdir. Tələbələr isə adətən Chueca və Malasaña zonalarına üstünlük verirlər. 
 
Son olaraq və ən əsası iş imkanını vurğulayaq. Onu qeyd etmək lazımdır ki, Apple, Samsung, Amazon və bu  kimi dünyanın ən nüfuzlu şirkətlərin bəzi mərkəzi binaları məhz Madriddə yerləşir. 
 
Emin Səmədli

Oxsar bloqlar