İspan dilini öyrənmək üçün 7 səbəb

Günümüzdə İspan dili ən çox öyrənilən dillərin siyahısında ön sıralarda yer alır. Belə ki, istər səslənməsi istərsə də axarlı olması bu dilə marağı bir qədər də artırır. Əgər siz də İspan dilini öyrənməyə başlamamısınzsa aşağıda  sadaladığım 7 səbəb sizin bu dilə marağınızı bir qədər də artıracaq. 
1.     Dünyanın ən çox danışılan dillərindən biridir. 
İspan dili 500 milyondan çox insanın ana dili və 21 ölkənin rəsmi dilidir. Belə ki, İspan dili say etibarilə ingilis dilini də geridə qoyaraq dünyada ən çox danışılan ikinci dildir. İkinci dil kimi isə ABŞ-da  (Amerika Birləşmiş Ştatları) istifadə olunur. Həmçinin Avropa Birliyi ölkələrinin 15% i bu dildə danışır. 
2.     Sizə parlaq gələcək bəxş edən bir dildir. 
Bu dildə danışanların sayı son onillikdə nəzərəçarpacaq dərəcədə artmışdır. Belə ki, araşdırmalara görə İspan dili İngilis, fransız, Çin dillərini geridə qoyaraq ikinci dil kimi öyrənilməli olan ən vacib dil hesab olunur. Araşdırmalara əsasən 2060 – cı ilə qədər ABŞ-da  (Amerika Birləşmiş Ştatları) 130 milyon insan bu dildə danışacaq. 
3.     Karyera imkanları açır. 
İş dünyasında bu dili bilmək həm iş sahiblərinə həm də isçilər üçün lazımlıdır. Belə ki, rəhbər heyət daima onlara beynəlxalq mühitdə yardım edə bilən işçi axtarırlar və bu zaman isə heç şübhəsiz ki, İspan dili bilmək böyük bir üstünlük yaradır. 
4.     Səyahət imkanları yaradır. 
Səyahət etmək ən gözəl təcrübələrdən biridir, ələxsus İspan dilini bilirsinizsə. 
5.     Xaricdə işləyə və təhsil ala biləcəksiniz. 
Rahat şəkildə səyahət edə bilmək hər kəs üçün xos bir hissdir, lakin bu dili öyrənmək sizə İspandilli ölkələrdə iş imkanları yaradır. 
6.     Boş vaxt və əyləncələriniz üçün seçim şansınızı artıracaq. 
Son 30 ilin ən yaxşı filmləri İspan dilində çəkilmişdir. Belə ki, İngilis və digər dillərdə alt yazılar olmasına baxmayaraq filmə original dildə baxmaq daha zövqlüdür. 
7.     İspan dilini öyrənmək heç də çətin deyil. 
Digər dillərlə müqayisədə İspan dilini öyrənmək daha sadə və rahat hesab olunur. Belə ki, bu dili öyrənən şəxslər yeni bir əlifba öyrənmirlər və ən əsasi sözlərin tələffüzü heç də çətin deyil. İspan dili öyrənərkən diqqət yetirməli olduğumuz ən əsas məqamlardan biri cümlə quruluşuna fikir verməkdir. 
 Emin Səmədli,

Oxsar bloqlar