Niyə Kubada yaşamalı?

Planetin digər bir üzündə yerləşən bu heyrətamiz ölkədə heç şübhəsiz ki, ən gözəl yerlərindən biri də çimərlikləridir. Burad sular çox şəffafdır və siz balıqların tam aydınlıqla üzdüyünü görə bilərsiniz bundan əlavə Kuba dənizlərinin qumları incə və ağ olmağına görə digərlərindən müsbət mənada fərqlərnir. Hər kəs bu heyrətamiz ölkəyə ən azı bir dəfə getməlidir. Kubanın ən gözəl çimərlikləri bunlardır.
   1. Playa de Varadero 
   2. Cayo Guillermo
   3. Playa Ancón
   4. Cayo Saetía
   5. Playas de Cayo Largo
Əgər qastronomiya həvəskarısınızsa, Kuba yeməklərini sınamadan dayana bilməzsiniz. Kubanın mətbəxindən heç vaxt tərəvəz, ət və ya meyvə əskik olmur. Sizə səyahət zamanı "el arroz con pollo", "el sándwich cubano", "el congrí y la vaca frita" dadmağı məsləhət görürük. Bütün bu yeməkləri istənilən restoranda və çox münasib qiymətə tapmaq olar.
Kuba mədəniyyəti zəngin, müxtəlif və çox maraqlıdır. Bir neçə ay orada olsanız  anlayacaqsınız ki, kubalılar musiqisiz, rəqssiz və hər şeydən əvvəl söhbətsiz yaşaya bilməzlər. Kubalılar çox söhbətcildirlər və sizin çoxlu kubalı dostlarınız olacaq. Bu ölkədə diqqətimi çəkən başqa bir məqam isə hər zaman hər yerə tələsik gedən bizdən fərqli olaraq insanların çox sakitl olmasıdır.

Emin Samadli,

Oxsar bloqlar