İspan dilini ən qısa zamanda öyrənmək

Biliklərinizin sadəcə nəzəri olaraq və ya
əzbərləməyə çalışdığınız sözlərlə
kifayətlənməsini istəmirsinizsə, gündəlik
həyatınızda ispan dilindən istifadə
etməyə çalışın.

Təqlid metodundan istifadə edin. 

Dilimizin
malik olduğunu vurğu və intonasiyanı
unudun, ispanların ən çox hansı söz və
ifadələrdən istifadə etdiklərinə, onları necə
tələffüz etdiklərinə və necə danışdıqlarına
diqqət yetirin.

Özünüzlə danışmağı məşq edin,

səsinizi yazın. Nə qədər çox məşq etsəniz,
nitq bacarıqlarınız bir o qədər yaxşılaşacaq.

Dili öyrənməyi bir iş kimi yox, gündəlik
həyatınızın bir hissəsi kimi yavaş-yavaş
mənimsəməyə başlayın.

Telefonunuzu hətta kompüterinizə də
İspan dilinə dəyişdirin! Bu sizi düşünməyə və öyrənməyə məcbur edəcək.

Hər gün bir neçə səhifə ispanca kitab və ya jurnal oxuyun, ispan mahnılarına qulaq asın,
seriallara baxın və saytlarına göz atın, ispan dilində xəbərləri oxumağa çalışın.

Digər əsas məsələlərdən biri də ictimai
danışma qorxusunu aradan
qaldırmaqdır. Danışmaqdan və səhv
etməkdən qorxmayın! Unutmaq olmaz ki,
bir çox insan səhv edir və səhvlərdən dərs alır.
Səhv etdikcə doğrusunu öyrənəcəksiniz.

Öyrəndiyiniz söz və cümlə strukturlarının
yaddaqalanlığını artırmaq üçün 
ispan dilinin gündəlik danışıqdakı istifadəsini
və nümunə İspan dialoqlarını araşdıra
bilərsiniz.

Dili peşəkarlardan öyrənin. Təbii ki, evdə
təkbaşına işləməklə ispan dilini öyrənmək
mümkündür, lakin ispan dilini tez və effektiv
şəkildə öyrənmək istəyirsinizsə,
Spanish Groups-a  yazılaraq yüksək ixtisaslı
müəllimlərimizin rəhbərliyində qrammatika,
dinləmə, danışıq və yazı bacarıqlarınızı
inkişaf etdirin.

Oxsar bloqlar