İspaniyada yeni il adətləri

İspaniyada yeni il, iki gecədə qeyd edilir. Bunlardan ilki, 24 dekabrdan 25 inə keçən gecə ‘Navidad’ digər adı isə ‘Noche Buena’ yəni 'İsa"nın doğum günü.

Noche Buena’ (gözəl gecə) hər kəsin çox önəm verdiyi, adətən bütün ailənin bir araya gəldiyi, birlikdə  axşam yeməyi yeyilən bir gecədir.. İspaniyada keçmişdən bəri 'Navidad' i göstərən dekorasiya ‘Belen de Navidad’dır.

Yeni il  ‘Noche Vieja’ (köhnə gecə mənasında) isə bizim de qeyd etdiyimiz 31 dekabrdan 1 yanvara kecen gecədir.
Bu gecə qeyd olunan bayram dostlarla səhər hava işıqlanana qədər davam edir.  Bütün televizor kanalları gecə saat 12 yə yaxınlaşdıqca Madriddəki Puerta del Sol Meydanından canlı bağlantı edirlər. Hər il  minlərcə şəxsin yeni ili qarşıladığı "Puerta del Sol" da rəngarəng mənzərələr, konsertler, şənliklər keçirilir.

Meydandakı saat 12-ə saniyələr qaldığını bildiren zaman , bütün ölkədə zəng səsləri eşidilyə başlayır. Elə məhz bu zaman da ilin 12 ayını bildirən 12 üzümü yemək vaxtıdır! Bu İspanlarin yeni ilde uğurlu olacağına dair  bir inancıdır . Əgər üzümləri  hər saniyə bir ədəd 12 saniyə ərzində yeyə bilsəniz   yeni ilin sizin üçün uğurlu  keçəcəyinə inanılır. Yalnız üzümlərin həcminin kiçik ərik ölçüsündə olduğunu nəzərə alsaq bu işin heç də asan olmadığını görərik.:) 

Üzümlər yediktən sonra yenə bol şans gətirməsi üçün Cavalarla (İspanların şampana bənzəyən içkisi) dolu qədəhlər qaldırılır.

Oxsar bloqlar