Valensiya ilə bağlı hər şey

Valencia şəhəri İspaniyanın ən turistik şəhərlərindən biri olmaqla yanaşı ölkənin Madrid və Barselonadan sonra ən böyük üçüncü şəhəridir. Bu məqalədə sizə Valensiya şəhəri ilə bağlı bütün məlumatları verəcəyik. 
İspaniyada yaşamaq ucuz deyil. Belə ki, Barselona və Madrid kimi böyük şəhərlərdə mənzil sizə orta hesabla 200.000 avrodan başa gələcəkdir. Belədirsə onda Niyə Valensiyaya köçməyək?! 
Bu şəhərin havası daima xoşdur, şəhər əyləncəlidir, sahildə yerləşir və ən əsası pulunuzun miqdarına görə daha çoxunu əldə edə bilirsiniz. 
Valensiya boş vaxtlarınızı keçirmək və idman etmək üçün çox geniş yaşıllıq zonasına malikdir. Təbii ki, bu yaşıllıq ərazilər şəhərin havasına da müsbət təsir edir. 
Dünyanın ən maraqlı bayramlarından biri bu şəhərdə mart ayında keçirilir. Belə ki, bu ay ərzində sıxılacağınız bir gün belə olmayacaq. 
Geniş mədəniyyətə malik bir şəhərdir. Burada siz əksər muzeylərə pulsuz daxil ola və şəhər mədəniyyəti barədə daha çox məlumata sahiblənə bilərsiniz.  
Geniş və çox rahat nəqliyyat şəbəkəsinə malikdir. Belə ki, siz maşından istifadə etmədən avtobus və tramvaylar vasitəsilə şəhərin istənilən nöqtəsində çox rahat şəkildə gedə bilərsiniz. 
Nəhayət siz burada əsl Valensiyasayağı Paella dada biləcəksiniz və əminliklə demək olar ki, ən azı bir litr Valensiya suyu içəcəksiniz 🙂

 

Oxsar bloqlar