Mursiya : Tarixi sirrlərlə dolu bir şəhər

Mursiya əyaləti Valensiya və Əndəlüs əyalətləri arasında yerləşir. Gözəl havası, iş imkanları, təbiəti və ən əsası tələbə şəhərciyi bu şəhərə marağı daha da artırır. 
Mursiyada yaşamağın ən başlıca səbəblərindən biri heç şübhəsiz ki, onun havasıdır. Belə ki, burada günün 14 saatı daima günəşli olur və əksər fəaliyyətlərinizi açıq havada həyata keçirə bilərsiniz. 
 
Bu şəhərin ən böyük maraq doğuran məqamlarından biri də maraqlı tələbə həyatı keçirmək şansıdır. Belə ki, hər il Azərbaycan da daxil olmaqla dünyanın yüzlərlə ölkəsindən bu şəhərə təhsil almağa tələbələr gəlir. 
 
Mursiyanın tarix və ənənələri buranı füsunkar edən səbəblərdən biridir. Qədim tarixə malik bu şəhərdə siz müxtəlif dövrlərə aid olan İspaniya mədəniyyəti ilə yaxından tanış ola bilərsiniz. 
 
Ən əsası isə siz burada İspaniyanın ən gözəl çimərliklərində öz asudə vaxtlarınızı əylənərək keçirə bilərsiniz. Carolina y El Hornillo en Águilas, Calblanque y Playa Paraíso en Cartagena, Bolnuevo y Percheles en Mazarrón o la famosa Manga del Mar Menor çimərlikləri nəinki Mursiyanın bütövlükdə İspaniyanın ən gözəl çimərliklərindən hesab olunur. 
Gördüyünüz kimi Mursiyada yaşamaq və bu şəhərə getmək üçün kifayət qədər səbəblər mövcuddur. 
 
Emin Səmədli.

Oxsar bloqlar